Çin iqtisadiyyatında yüksək texnologiya və sənaye istehsalı artmaqda davam etsə də, istehlak və daşınmaz əmlak sektoru zəif qalır.İlin ilk 7 ayında sənaye istehsalı 5,3%, yüksək texnologiyalı istehsal isə 13,8% artıb. Xarici ticarət də 17,3% yüksələrək 30,1 trilyon yuana çatıb.Bunun əksinə, pərakəndə satışlar cəmi 1,2% artıb, daşınmaz əmlaka investisiyalar isə 19,2% azalıb. Sabit kapital qoyuluşları da 6,7% geriləyib.Beləliklə, Çin iqtisadiyyatını əsasən texnologiya, istehsal və ixrac dəstəkləyir, zəif daxili tələb və əmlak sektoru isə artımı məhdudlaşdırır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

