İstanbul Festivalı çərçivəsində bu gün Türkiyədə konsert proqramı ilə çıxış edən məşhur dünya ulduzu Jennifer Lopez, konsertdən əvvəl İstanbulda alış-veriş edərkən türk jurnalistlərinin kameralarına tuş gəlib.
Mühafizəçiləri ilə şəhəri gəzən 56 yaşlı ulduz bir çox mağazaya baxıb və alış-veriş edib. Qeyd edək ki, bu ilin iyul ayında Antalya’da səhnəyə çıxan müğənni 56-cı yaşını Türkiyədə qeyd etmişdi.
Bu barədə Jennifer Lopez şəxsi hesablarında paylaşımlar etmişdi.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


