Bir neçə gün öncə sosial şəbəkələrdə yayılan bir şəkil diqqətimi çəkdi. Həmin şəkilə yazılan rəylərdən anladım ki, skuter qəzasında dünyasını dəyişən gənc xanımın atası hər gün səhər tezdən onun həyatını itirdiyi yerə gül qoyur. Bu hərəkət həm qəzaya düşən gəncin xatirəsini yaşatmaq, həm də atasının dərdini ifadə etmək baxımından izləyicilər tərəfindən böyük empatiya ilə qarşılanıb. Lakin yayılan son fotoda isə həmin yer artıq fərqli mənada diqqət çəkir. Gül dükanları və bəzi işbazlar kədər dolu məkandan öz reklam məqsədləri üçün istifadə etməyə başlayıb.Sosial şəbəkələrdə yazılan rəylər də birmənalı deyil.Faciəni “reklam” və “şou” vasitəsinə çevirənlər haqlı olaraq tənqid olunur. Bu tənqidlərin əslində səbəbi aydındır.Gül qoymaq kimi sadə və səmimi bir hərəkətin belə kommersiya alətinə çevrilməsi üzücüdür. Kimlərinsə kədərini öz maraqları üçün istifadə etmək isə ilk növbədə həmin ataya və ailəyə hörmətsizlikdir. Bu hadisə həm də cəmiyyətə vacib bir mesaj verir.
Ülkər Tahirqızı

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir