“Təkcə son iki-üç il ərzində Azərbaycandan Avropa İttifaqı ölkələrinə enerji ixracı o dərəcədə artıb ki, artıq “qoca qitədə” Bakı əsas və vazkeçilməz enerji mənbəyi kimi dəyərləndirilir. Xüsusilə on illər Rusiya qazından asılı qalaraq, Vladimir Putinin iqtisadi dəyənəyindən təngə gəlmiş avropalılar, bütün ümidlərini Bakıdan gələcək elektirik və qaz təchizatına yönəldiblər. İldən-ilə Avropada elektrik enerjisinə tələbatın artdığı bir vaxtda Azərbaycanın enerji cəlbediciliyi də hər gün artmaqdadır. Sözsüz ki, bütün bu sadaladığım məqamlar, beynəlxalq müstəvidə rəsmi Bakının əlini gücləndirəcək iqtisadi və siyasi faktorlardır.”

Bu barədə “Yenifikir.media”ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov diqqətə çatdırıb ki, artıq Avropaya elektrik enerjisi ixracı gündəmdədir. Bu fakt isə Azərbaycanın iqtisadi cəlbediciliyini hər gün daha da artırır.
“Xüsusilə bir fakta diqqət çəkmək istərdim. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Təkcə bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Qara dənizin dibi ilə çəkiləcək kabel xətti isə Cənubi Qafqazla Avropa İttifaqı arasında yeni elektrik bağlantısı demək olacaq. Azərbaycanın quruda 27 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var. Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji potensialı isə 10 qiqavatdan çoxdur. Bütün bu faktlar Azərbaycanı Avropa qitəsi üçün vazkeçilməz ölkə statusuna yaxınlaşdırır”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir