Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov ilə Qazaxıstanın Özbəkistandakı səfiri Yerali Tuqcanov arasında görüş keçirilib.Görüşdə Azərbaycan–Qazaxıstan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin iki ölkənin Özbəkistandakı diplomatik nümayəndəlikləri arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub.
Tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Mərkəzi Asiyada regional əməkdaşlığın inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin artırılması məsələləri də diqqət mərkəzində olub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

