Azərbaycanda 7 ayda 1 600 kiloqramdan çox qızıl istehsal edilib.Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 637,4 kq qızıl, 2 154 kq gümüş istehsal edilib.525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qızıl istehsalı 2025-ci ilin 7 ayı ilə müqayisədə 12,1 %, gümüş istehsalı isə 15 % azalıb.

Ötən 7 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 10 667,7 ton olub ki, bu da bir il öncəki göstəricidən 6,3 dəfə çoxdur.

Bu ilin avqustun 1-nə olan məlumata görə, ölkədə 162,5 kq qızıl, 600,4 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 1 908,4 ton təşkil edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir