Azərbaycanın daxili işlər naziri bu gün Özbəkistanın daxili işlər naziri Aziz Taşpulatovla görüşüb.
Görüşdə Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı çərçivəsində hüquq-mühafizə və təhlükəsizlik sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər iki ölkənin daxili işlər orqanları arasında təcrübə mübadiləsinin, kadr hazırlığının və peşəkar əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Həmçinin mövcud əməkdaşlıq mexanizmlərinin daha səmərəli həyata keçirilməsi, yeni təşəbbüslərin və birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib.



Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

