Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İsrail Dövlətinin Azərbaycan fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Bu barədə DMX məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Vüsal Hüseynov Xidmətin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, Azərbaycanın miqrasiya siyasətinin əsas prioritetlərini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Ronen Krausz iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və diplomatik fəaliyyəti dövründə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir