Həm alimdir, həm də şair,
Yazıçı, publisist ,sair,
Yazır musiqiyə dair,
Vüqar Əhməd, Vüqar Əhməd.
Qazanıbdır o , şöhrəti,
El içində o, hörməti,
Şirindi sözü-söhbəti,
Vüqar Əhməd, Vüqar Əhməd.
Əsərləri sərvətidir,
Eşqi xalqı, külfətidir,
Verdiyi söz düz, qətidir,
Vüqar Əhməd, Vüqar Əhməd.
Dövlətindən heç nə ummur,
Adlar alıb ölkələrdən.
Yazıb pozur, gözün yummur,
Vüqar Əhməd, Vüqar Əhməd.
Haqsızlığa coşub- daşar,
Qəmli görsə gözü yaşar,
Nəğmələrdə adı yaşar,
Vüqar Əhməd, Vüqar Əhməd.
El-obası qibləgahı,
Vətənidir səcdəgahı,
Alcaqları tutar ahı,
Vüqar Əhməd, Vüqar Əhməd.
Bakılıdır, Güneylidir,
Qarabağlı, Quzeylidir,
Göyçə, Təbriz bir Leylidir,
Vüqar Əhməd, Vüqar Əhməd.
Həyat yolu eniş- yoxuş,
Bunla dartış, onla boğuş,
Qarğış bilməz, edər alqış,
Vüqar Əhməd, Vüqar Əhməd.
Çox ağrıyır xəstə canı,
Nəvələri şirin canı,
Sevir can Azərbaycanı,
Vüqar Əhməd, Vüqar Əhməd.
16.08.2025
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

