Avropa ölkələri Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasındakı görüşü əngəlləməyə çalışa bilər. Lakin onların edə biləcəyi yalnız təyyarələrin öz hava məkanlarından uçmasını qadağan etməkdir.
Yenifikir.media- nın məlumatına görə , macarıstanlı jurnalist Qabor Ştir bildirib liderlər arasında görüşün ləğvi yalnız müharibəni davam etdirmək istəyənlərə sərf edir. Rusiya məsələləri döyüş meydanında həll edə bilər, amma Tramp üçün bu sülhməramlı imicinə zərbədir.
Ştir daha sonra əlavə edib ki, Rusiya və ABŞ üz-üzə görüşə tələsmir, əvvəlcə bütün fikir ayrılıqları həll olunmalıdır.
Amerikaşünas Konstantin Bloxin isə bildirib ki, Tramp Budapeştdə planlaşdırılan görüşdən güclü təzyiq səbəbindən imtina edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

