Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün diaqnostikum və dərman preparatlarının alınması ilə bağlı elan edilən tender ləğv edilib.32gun.az xəbər verir ki, satınalmanın ləğvinə səbəb kimi təklif təqdim etmiş iddiaçıların sayının üçdən az olması göstərilib. Qurum bu addımı “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən atıb.

Məlumata görə, tenderin ehtimal olunan qiyməti 36.291,40 manat idi. Satınalma çərçivəsində südün tərkibində antibiotiklərin təyini üçün Rapid Test Kit 4-in-1, quş qripi, bruselyoz, xlamidiya və digər xəstəliklərin müəyyənləşdirilməsi üçün test dəstlərinin, həmçinin məhsuldar heyvanlar üçün boğazlıq testlərinin alınması nəzərdə tutulurdu.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir.
Ayaz

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir