Bizim şəcərəmizin, qızıl bir tarixi var,

Bu nəsildə var olub müqəddəs övliyalar,

Hər biri bir dəryadır, bu nəsli yaşadanlar,

Mötəbər üləmalar, həkimlər, qəhrəmanlar.

Şeir xiridarları, söz-sənət sərrafları,

Səhnə fədailəri, teatr mehrabları. 

Bu nəsil qüvvətlənir, güclənir ildən-ilə,

Hər qönçə açıldıqca çevrilir qızıl-gülə.

Qırx ildir Vüqar Əhməd, şərəf-şöhrət gətirir.

Elmilə, qələmilə bir hərarət gətirir.

İllərdir şövkətilə üzümüzü ağ edir,

Möhtəşəm iffətilə qəlbimizi dağ edir.

İndi ona şam tutub, qızı gəlib meydana,

Sanki nəslin əbədi yazı gəlib meydana.

Adı Almaxanımdır, səsi şirin almadan,

Hər dinləyən zövq alır, bu füsunkar ifadan.

Qəlbimiz həzinlənir, dinlədikcə o səsi,

Yaddaşlara həkk olur, hər bənzərsiz nəğməsi. 

Yaşadır nənəsinin adını iffət ilə, 

Paklığla, ləyaqətlə, ədəb, mərifət ilə. 

Nəslin yeni töhvəsi, gözəllik dünyasıdır,

Ocağın pərvanəsi, əcdadın mirasıdır. 

Piri-xanədanda o, sönməyəcək mayakdır,

Əkizlər Kamal, Camal artıq ona dayaqdır. 

Bir işığı-nurudur, piri-xanədanımın.

Bu gün iyirmi dörd yaşı tamam Almaxanımın.

O gün olsun yüz olsun, ey mənim gözəl anam.

Ömrü boyu olasan, bu dünyada firavan.

 Mövsüm  Əhməd

Yenifikir.media

 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir