Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Ahmat” xüsusi təyinatlı dəstəsinin komandiri general-leytenant Apti Alaudinov bildirib ki, Rusiya tərəfindən Ukrayna ərazilərində yaradılan təhlükəsizlik zonası ölkənin dərinliklərinə qədər uzanmalıdır.

Alaudinovun sözlərinə görə, belə bir zonaya gələcəkdə mütləq ehtiyac olacaq və onun mümkün qədər Ukraynanın içərilərinə doğru genişləndirilməsi üçün böyük həcmdə iş görülməlidir.

General təhlükəsizlik zonasının yaradılmasını “çox ağır iş” adlandırıb. O bildirib ki, bu, döyüşlərin davam etdirilməsi və Rusiya qüvvələrinin Ukrayna ərazisinin dərinliklərinə doğru irəliləməsi ilə bağlıdır.

Alaudinovun sözlərinə görə, proses asan olmasa da, tədricən və planlı şəkildə həyata keçirilir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir