Azad Vətən Partiyasının sədri Akif Nağı Yenifikir.media-ya açıqlamasında, dünən Vaşinqtonda baş tutan ABŞ – Azərbaycan və Ermənistan üçtərəfli görüşünün nəticələrini dəyərləndirib. O bildirib ki, bu görüş regionda münasibətlərin, beynəlxalq siyasətin və geosiyasi balansın dəyişməsinə səbəb olacaq mühüm hadisədir.

“Şükürlər olsun ki, bu yeni şəraitdə Azərbaycanın öz mövqeyi və yeri var. Azərbaycan Türkiyə ilə birlikdə uğurlu siyasət apardı və hər bir cəhdinin nəticəsi artıq görünür. Azərbaycanın mövqeyi ilə hətta böyük superdövlət – Amerika belə hesablaşır. Dünən imzalanan sənədlər regionda məsələlərin nizama salınması istiqamətində mühüm addımların atıldığını göstərir. Bu prosesdə Azərbaycanın maraqları birinci növbədə nəzərə alınıb. Bu, çox müsbət bir hadisədir”, – Akif Nağı vurğulayıb.

Partiya sədrinin sözlərinə görə, əldə edilən razılaşmalara Zəngəzur dəhlizi ilə bağlı sülh müqaviləsinin imzalanması və Ermənistanın Azərbaycanın şərtlərinə razılaşması daxildir. Minsk qrupu ilə bağlı məsələlərdə də Azərbaycanın mövqeyi nəzərə alınıb. “Prezident İlham Əliyev bildirdi ki, əslində sülh sazişi imzalana bilərdi, lakin Ermənistan konstitusiyasında düzəliş etmədiyinə görə məsələ hələlik qalıb. Amma bu da olacaq”, – deyə o əlavə edib.

Akif Nağı qeyd edib ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqələrin tam və maneəsiz həyata keçirilməsi də razılaşdırılıb. Onun fikrincə, bunlar dövlət siyasətinin mühüm uğurlarıdır və proses bundan sonra da davam edəcək.

O, həmçinin bildirib ki, müqavimət göstərmək istəyən qüvvələr də olacaq: “Rusiya tərəfindən müəyyən təxribatlar mümkündür. İran rəhbərliyi prosesi əsasən müsbət qarşılasa da, məcburiyyət qarşısında qaldı və yenə əsassız iddialar səsləndirdi. Amma artıq onların narahatlıqlarına əhəmiyyət verilmir. Rusiya öz günahı ucbatından kənarda qalıb, İran isə çoxdan bu prosesdən uzaqdır. Boş bəyanatların heç bir mənası yoxdur”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanla Avropa Şurası arasındakı münasibətlər yüksək səviyyədədir və imzalanan birgə bəyannamədə bütün əsas məsələlər Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan və Ermənistan arasında sülh və dövlət münasibətlərinin yaradılması haqqında saziş layihəsinin paraflanması isə bütün əsas məsələlərin razılaşdırıldığını göstərir. “Sadəcə, sülh müqaviləsinə daxil olmayan bir neçə məsələ var. Ermənistan onları yerinə yetirdikdən sonra sənəd yüksək səviyyədə imzalanacaq”, – Akif Nağı bildirib.

“Bütün istiqamətlərdə Azərbaycanın regiondakı rolu və mövqeyi tam şəkildə qəbul olunur. Qəbul olunmuş sənədlərə uyğun olaraq, proseslər bundan sonra da davam edəcək”, – partiya sədri vurğulayıb.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir