Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ və NATO ölkələri Ukraynaya kəşfiyyat məlumatları toplayıb ötürür və Moskva bundan uzun müddətdir xəbərdardır.
Peskov deyib ki, ABŞ Ukraynaya məlumatları onlayn və davamlı şəkildə verir. The Wall Street Journal-in məlumatına görə, bu məlumatlar Ukraynanın Rusiyanın daxili ərazilərinə zərbələr endirməsi üçün istifadə edilə bilər və ABŞ digər NATO ölkələrindən də eyni dəstəyi istəyir. Məqsəd enerji infrastrukturu obyektlərinə hücumlar ola bilər.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

