ABŞ-ın Səudiyyə Ərəbistanından neft idxalı 2026-cı ilin iyul ayında ilk dəfə aylıq yekun üzrə sıfıra enib. Bu, 1985-ci ildən bəri qeydə alınan ilk belə haldır.Məlumata görə, ilin əvvəlində ABŞ gündəlik 800 mindən çox barel Səudiyyə nefti idxal edirdi. Lakin ABŞ-İran qarşıdurması və Hörmüz boğazının bağlanması fonunda tədarüklər tamamilə dayanıb.
ABŞ neft emalı zavodları alternativ mənbələrə yönələrək ölkə daxilində hasil olunan yüngül neftin emalını artırıb. Eyni zamanda, Venesueladan neft idxalı da əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, ilin əvvəlində gündəlik 100 min barel olan idxal hazırda 600 min barelə çatıb.
Kpler analitiklərinin proqnozuna görə, avqust ayında Səudiyyə Ərəbistanından ABŞ-a neft tədarükü qismən bərpa oluna və gündəlik təxminən 300 min barel təşkil edə bilər.
Xatırladaq ki, iyulun 27-də Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Səudiyyə Ərəbistanına hücumlardan sonra neft bazarında manipulyasiyaların baş verdiyini bildirmişdi. Onun sözlərinə görə, gündəlik təxminən 5 milyon barel tədarükün azalması fonunda bazar 8 faiz geriləmişdi.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

