Çin Müdafiə Nazirliyinin sözçüsü Cang Şiaoqang ABŞ-ın Tayvana 330 milyon dollar dəyərində döyüş təyyarəsi hissələri və xidmətləri satmasına etiraz etdiklərini bildirib.
Yenifikir.media -nın məlumatına görə Çin rəsmisi bildirib ki, bu satış “Bir Çin” prinsipinə ziddir, Çin üçün təhlükə yaradır və separatçılara yanlış siqnal verir.
ABŞ 13 noyabrda Tayvana F-16, C-130 və digər avadanlıqlar üçün ehtiyat hissələri və texniki xidmətləri satmaq üçün icazə verib. Tayvan 1949-cu ildən faktiki müstəqildir, amma Çin onu öz torpağı hesab edir və lazım gələrsə zorla birləşməni təmin edəcəyini bildirir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

