Samir Abasovun sözləri qalmaqal yaratdı – “Neftçi” klubuna həm cərimə, həm xəbərdarlıq
“Qarabağ” – “Neftçi” matçından sonra baş məşqçi Samir Abasovun hakimlər otağının qarşısında baş hakimi təhqir etdiyi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub Sportlife.az saytının əməkdaşı tərəfindən çəkilən görüntüdə Samir Abasovun “P.daraz penal verir” ifadəsini işlətdiyi deyilir.
“Oyun sonrası belə bir ifadənin yayımlanmaması üçün” “Neftçi”nin mətbuat xidməti videonun silinməsini tələb etsə də, sayt rəhbəri Mirələm Həsənli bunun mümkün olmadığını açıqlayıb.
Hadisədən sonra klub saytla əməkdaşlığını birtərəfli qaydada dayandırıb. Futbolçuya isə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən 4 oyunluq cəza, klub isə 10 min manat məbləğində cərimə tətbiq edilib.

© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

