“Fənərbaxça”da son günlərini yaşayan Cenk Tosunla Türkiyənin Super Liqa klublarından biri — Kocaelispor maraq göstərir.
Yenifikir.media türk mətbuatına istinadən bildirir ki, Kocaelispor qış transfer dövrü üçün Cenk Tosunu transfer siyahısına salıb. 34 yaşlı futbolçu da bu təklifə müsbət cavab verib və Kocaelisporda oynamağa maraqlıdır .
Qeyd edək ki,Cenk Tosun keçən mövsüm 22 oyunda 2 qol vurub. Bu mövsüm isə start heyətində yer almayıb, yalnız 7 matçda sonradan oyuna daxil olub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

