Serebral iflicdən əziyyət çəkən Qax rayon sakini, 21 yaşlı Nemət Məmmədəli doğum günü ərəfəsində “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovdan aldığı video təbriklə onun üçün ən unudulmaz ad günü sürprizini yaşayıb.

Yenifikir.media Kanal S-ə istinadən bildirir ki, serebral iflicdən əziyyət çəkən Nemətin ən böyük arzusu xüsusi təyinatlı kimi Azərbaycan Ordusunda xidmət etmək olub. Sağlamlıq imkanları buna imkan yaratmasa da, Nemət ikinci ən böyük arzusuna çatıb – Qurban Qurbanovdan video təbrik alıb.

Ən xoş və səmimi arzularını ifadə edən tanınmış baş məşqçi video təbrikində deyib:
“Nemət, salam! Necəsən? Yaxşı ol. Səni gördüm, çox şad oldum, bu mənim üçün çox xoş idi. “Qarabağ”a azarkeşlik etməyinlə qürur duydum. Çox sevindim ki, “Qarabağ”ın sənin kimi azarkeşi var. Səni qucaqlayıram, bağrıma basıram. Allah səni qorusun.

Yenifikir.media olaraq biz də Qurban Qurbanovun bu xeyirxah addımını dəstəkləyir, Nemət Məmmədəliyə isə tezliklə sağlamlığına qovuşmağı arzulayırıq.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir