Səudiyyə Ərəbistanı və Qətər Ər-Riyadda keçirilən Səudiyyə–Qatar Koordinasiya Şurasının 8-ci iclasında müdafiə əməkdaşlığını gücləndirmək barədə razılığa gəlib.Yenifikir.media xəbər verir ki,Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani və Səudiyyə vəliəhdi Məhəmməd bin Salman siyasi, iqtisadi və təhlükəsizlik sahələrində birgə fəaliyyətin genişləndirilməsini müzakirə edib. Görüş çərçivəsində Riyad və Dohanı birləşdirəcək sürət qatarı layihəsinə dair saziş də imzalanıb. 785 kilometrlik xətt Kral Salman və Hamad beynəlxalq hava limanlarını birləşdirəcək, iki paytaxt arasındakı səfər müddətini isə təxminən 2 saata endirəcək. Tikintinin 6 ilə tamamlanması, layihə üzrə ildə 10 milyondan çox sərnişin daşınması və 30 mindən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

