ABŞ Müdafiə naziri Pit Hegset, Şimali Koreya təhlükəsinə qarşı nüvə çəkindirmə siyasətinin davam edəcəyini və müttəfiqlərin yanında olduqlarını açıqlayıb.
Yenifikir.media bildirir ki,Seulda Cənubi Koreya müdafiə naziri An Qyu-beklə görüşən Hegset, ABŞ Koreya Qüvvələrinin əsas məqsədinin Şimali Koreyanın təcavüzünü önləmək olduğunu bildirib.
Nazir, Prezident Trampın Cənubi Koreyanın nüvə enerjili sualtı qayıq layihəsinə verdiyi dəstəyi xatırladaraq, hərbi əməkdaşlığın gücləndiriləcəyini qeyd edib.
Şimali Koreya Hegsetin Seuldakı səfəri ərəfəsində Sarı dənizə 10 mərmi atıb. ABŞ və Cənubi Koreya isə tarixdə ilk dəfə birgə komanda uçuşu həyata keçirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

