Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Ereni Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
Bu barədə Abdullah Eren özünün sosial şəbəkə hesabında məlumat verib.
Bildirib ki, görüşdə iki dost-qardaş ölkə arasında mövcud münasibətlər, bu münasibətlərin gələcək perspektivləri ətrafında fikir nübadiləsi aparılıb.
Görüşdə TİKA-nın yaxın gələcəkdə Azərbaycanda həyata keçirməyi nəzərdə tutduğu layihələr ətrafında da söhbət aparılıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

