Ukrayna Prezidenti Volodimir Zelenski, Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü və 29 Oktyabr Respublika Gününü təbrik edib.
Zelenski paylaşımında qeyd edib :
Cənab Prezident, Cənab Rəcəb Tayyib Ərdoğanı və dost Türkiyə xalqını Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Türkiyə ilə dost və səmimi əlaqələrimizi, həmçinin Qara dəniz bölgəsinin təhlükəsizliyi üçün apardığımız əməkdaşlığı yüksək qiymətləndiririk. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyiniz sarsılmaz dəstək, əsas məsələlərdə prinsipial mövqeyiniz və daimi sülhün təmin olunması üçün göstərdiyiniz səylərə görə minnətdarıq. Türkiyə uzun bir yol keçib və bu gün beynəlxalq münasibətlərdə aparıcı ölkələrdən biridir. Türkiyənin uğurlarının davamlı olmasını və dost Türkiyə xalqına rifah və xoşbəxtlik arzulayırıq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

