Mətləb Salahov: “Konstitusiya dəyişikliyindən imtina “real sülhdən çox uzaqıq” deməkdir”

“Mən bir müddət öncə də bu barədə demişdim: rəsmi İrəvan əksər maddələrində Azərbaycana qarşı ərazi iddiası olan və beynəlxalq hüquqa zidd sayılan hazırkı Konstitusiyanı dəyişdirməkdən imtina etməklə getdikcə real sülh prosesindən uzaqlaşır. Əvvəlcə Ermənistan XİN sözçüsü çıxıb heç br konstitusiya dəyişikliyindən söhbət getmədiyini dedi, ardınca Ararat Mirzoyan yenicə açıqlama yaydı ki, “bizim Azərbaycan qarşısında Konstitusiya dəyişikliyi barədə öhdəliyimiz yoxdur”. Bunu o adam elan edir ki, Nikol Paşinyanla birlikdə bu ilin avqust ayında Vaşinqtonda Donald Trampın qarşısında sülh prosesi üçün öhdəlik götürmüşdülər.
Məgər A.Mirzoyana aydın deyil ki, bir sıra müddəaları başqalarının ərazi bütövlüyünü təhdid edən bu təcavüzkar konstitusiya dəyişilməsə Azərbaycanla hansısa real sülh olmayacaq? Məncə bu məsələdə ənənəvi erməni hiyləgərliyi ön plandadır.Ya N.Paşinyan və komandası artıq quyruqlarının qapı arasından çıxdığını düşünür, ya da həmişəki kimi riyakar mövqe sərgiləməklə xaricdə daha güclü himayədar axtarmağa və daxili siyasətdə xal qazanmağa çalışırlar”.

Bu fikirləri “Yenifikir.media”ya şərhində jurnalist-ekspert Mətləb Salahov deyib. Onun fikrincə artıq A.Mirzoyan səviyyəsində Bakıya qarşı bu cür riyakar yanaşma İrəvanda sülh əvəzinə riyakar diplomatiyaya sarıldığını açıqca ortaya qoyur. “Bu, açıq-aşkar sülh müqaviləsinə qarşı baş qaldırmaqdır. Çünki Ermənistanda bütün sosial təbəqələrə və siyasi qruplara aydındır ki, rəsmi Bakı özünə qarşı təcavüzkar maddələrlə dolu hazırkı konstitusiya dəyişilmədən Sülh Müqaviləsinə yaxın durmayacaq. Çünki konstitusiya dəyişikliyi olmadan Sülh Müqaviləsi imzalansa belə, bu real sülh olmayacaq.

Müvəqqəti kağız parçası olacaq. Görünür ənənəvi erməni təxribatı yenə baş qaldırıb. Sabah N.Paşinyan və komandası konstitusiya dəyişikliyi etmədən durub çığır-bağır salacaqlar və Donald Trampı belə “fakt” qarşısında qoyacaqlar ki, “baxın, biz sülh müqaviləsinə hazırıq, amma Azərbaycan qəbuledilməz şərtlər irəli sürür”.

Belə görünür ki, biz ənənvi erməni hiyləgərliyi ilə yenə üz-üzə qalacayıq. Çünki hazırkı erməni hakimiyyəti və onun komandası real sülhə hazır görünmür, əksinə təxribat yolu tutublar”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir