“Mançester Yunayted” braziliyalı 33 yaşlı yarımmüdafiəçi Casemiro barədə qərar verib. Belə ki, klub ulduz futbolçu ilə əməkdaşlığı illik maaşının azaldılması şərti ilə davam etdirə bilər. Yenifikir.mrdia bildirir ki, braziliyalı yarımmüdafiəçinin müqaviləsində uzatma opsiyası var və mövsüm sonunda bitəcək.
Həftəlik 300 min funt sterlinq qazanan Casemiro klub tərəfindən maaşın azalmasını qəbul etsə gələn il də komandada qalacaq.
Qeyd edək ki, Casemiro bu mövsüm 6 oyunda oynayıb və 1 qol vurub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

