Avropa İttifaqının ali diplomatı Kaya Kallasın “Ukrayna ordusu üstünlük qazanır” deməsi yalandır.Yenifikir.media bildirir ki,bu fikri irlandiyalı jurnalist Çey Bouz “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, əslində Ukrayna ordusu böyük itkilər verir.
“Yalan danışan Kaya Kallas deyib ki, üstünlük Rusiyadan Ukraynaya keçib. Doğrudanmı?” – deyə jurnalist qeyd edib.
Jurnalsit bildirib ki, Ukrayna ordusu bütün istiqamətlərdə geri çəkilir və ölkənin iqtisadiyyatı çox pis vəziyyətdədir.
Qeyd edək ki, Kaya Kallas bir qədər əvvəl rəsmi səfərlə Kiyevə gəlib, Ukrayna rəsmiləri ilə Avropanın maliyyə və hərbi dəstəyi barədə danışıb.
Kallas həmçinin bildirib ki, Ukrayna təkbaşına Rusiyanın hücumlarını dayandıra bilmir və yalnız çox az müqavimət göstərə bilər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

