ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə nümayəndəsi Stiv Vitkoff Qəzzadə atəşkəsdən sonra İsrailə gedib və Tel-Əvivdə keçirilən tədbirdə çıxış edib.
Yenifikir.media xarici mətbuata istinadən xəbər verir ki,Vitkoff, sülh prosesinə verdiyi töhfəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, “Türkiyə Prezidenti Ərdoğan, Qətər və Misir rəhbərlərinə minnətdarıq,” – deyib.
O, İsrail Baş naziri Benyamin Netanyahu barədə danışarkən etiraza səbəb olub,israillilər “Utan!” şüarları səsləndiriblər.
Qeyd edək ki, tədbirdə Trampın qızı İvanka və kürəkəni Cared Kuşner də iştirak ediblər. Kuşner çıxışında Qəzzadəki insanların əzab çəkdiyini bildirib və İsrail əsgərlərini təbrik edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

