Venesuela Prezidenti Nikolas Maduro ABŞ-a ölkə sərvətlərindən pay verməyi təklif edib, əvəzində Vaşinqtondan Karakasla bağlı siyasətini yumşaltmağı istəyib. ABŞ bu təklifi qəti şəkildə rədd edib.
Yenifikir.media-nın məlumatına görə, bu barədə “The New York Times” yazıb.
Məlumata əsasən, Maduro münasibətləri normallaşdırmaq üçün ABŞ-a Venesuela nefti və digər təbii sərvətlərinin hasilatında pay təklif edib. Lakin Vaşinqton onunla siyasi razılaşmaya getmək istəməyib.
Politoloq Malek Dudakov isə bildirib ki, ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyata başlamaz, lakin məhdud hava zərbələri istisna edilmir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

