Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətə başlamasından 8 il ötür. Bu fondun yaradılması öz müsbət təsirini əyani şəkildə göstərib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis edilib. Mənəvi Dəyərlərin Təbliği Fondu ölkəmizdə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılıb.

Mənəvi dəyərlərin yüksək səviyyədə təbliğində, yaşamasında bu fondun gördüyü işlərin müstəsna rolu var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən atılan bir çox addımlarda bu fondun rolu hiss olunur.
Kitab nəşri, maarifçilik, dinin və mədəni, mənəvi dəyərlərin sağlam təblığatı yönündə əvəzsiz işlər görür. Məscidlərin kitabxana ilə təmin olunması əhali tərəfindən müsbət qarşılanır, alqışlanır. Elmin, təfəkkürün, inancın sağlam və mötədil istiqamətdə inkişafında Mənəvi Dəyərlərin Təbliği Fondunun əhəmiyyətli rolu hər zaman nəzərə çarpır.

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri olaraq sözü gedən Fondda rəhbər heyətlə görüşümüz, müzakirəmiz oldu. Fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi, Fondun fəaliyyəti ilə tanışlıq üçün şərait yaradıldı. Yaxından tanışlıq Fond və onun fəaliyyət istiqamətləri haqqında daha geniş məlumata sahib olmağımıza vəsilə oldu. Yüksək peşəkarlıq və səmimiyyət mənəvi dəyərlərin yüksək səviyyədə aşılandığının əyani sübutu idi.

Bir daha Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının 8 illiyi münasibətilə Fondun rəhbərliyini, bütün əməkdaşlarını təbrik edir, onlara müqəddəs dəyərlərin yaşaması yolundakı işlərində uğurlar arzulayıram.

Tural İrfan
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir