Almaniya kansleri Fridrix Mers, İsraillə HƏMAS arasında Qəzzada əldə olunan atəşkəsi alqışlayıb və vasitəçilik edən Türkiyə, Qətər və Misirə təşəkkür edib.
O bildirib ki, Qəzzanin yenidən qurulması, humanitar yardımın çatdırılması və sabitliyin qorunması vacibdir.
Mers, Almaniyanın Misirlə birlikdə Qəzzənin bərpası üzrə konfrans keçirəcəyini və 29 milyon avro yardım ayıracağını açıqlayıb.
“Almaniya İsrailin təhlükəsizliyini müdafiə edir və sülh prosesini dəstəkləməyə davam edəcək,” – deyə kansler vurğulayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

