Vətən müharibəsindən sonra kütləvi məzarlıqlardan çıxan skletlərdən götürülən bioloji nümunələr Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb Baş idarəsinin Genetik araşdırmalar mərkəzinə təhvil verilib.”Report” xəbər verir ki, bunu İdarənin rəisi, general-mayor Rüfət Əliyev Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

R.Əliyev qeyd edib ki, son dövrlər bu məsələdə çox ciddi nəticələr alınıb.

DTX rəsmisi xatırladıb ki, 2014-cü ildən bəri itkin düşmüş şəxslərin yaxınlarından 11 mindən çox bioloji nümunələr götürülüb:

“Həmin nümunələr məlumat bankına qoyulub. Vətən Müharibəsi və antiterror əməliyyatlarından sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı yeni imkanlar yaradılıb, mərkəz ən müasir avadanlıqlarla təchiz olunub. Son itkin düşən şəxsin kimliyini müəyyən edənə qədər fəaliyyətimizi davam etdirəcəyik”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir