Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada elan olunan atəşkəsi məmnunluqla qarşıladığını bildirib.
Yenifikir.media bildirir ki, “Şarm əl-Şeyxdə aparılan və Türkiyənin də qatıldığı HƏMAS–İsrail danışıqlarının atəşkəslə nəticələnməsi sevindiricidir”, – deyə Ərdoğan qeyd edib.
O, ABŞ Prezidenti Donald Trampa, eləcə də Qətər və Misirə təşəkkür edib və vurğulayıb:
“Türkiyə razılaşmanın bütün bəndlərinin yerinə yetirilməsini yaxından izləyəcək və prosesi dəstəkləməyə davam edəcək.”
Ərdoğan əlavə edib ki, Türkiyə, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulana qədər mübarizəsini davam etdirəcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin