Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlarının görüşü keçirilib.525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi görüşdə Xəzər dənizində regional təhlükəsizlik, hərbi-dəniz əməkdaşlığı, birgə təlimlərin təşkili və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bununla yanaşı, tədbir çərçivəsində hidroqrafiya sahəsində əməkdaşlığa dair danışıqlar aparılıb, Xəzər dənizində naviqasiya təhlükəsizliyinin artırılması, hidroqrafik məlumatların mübadiləsi və birgə tədqiqatların təşkili imkanlarına diqqət yetirilib.

Görüşdə, həmçinin Xəzəryanı ölkələr arasında qarşılıqlı etimadın və dənizdə təhlükəsizliyin artırılması məqsədilə əməkdaşlıq formatlarının genişləndirilməsi barədə geniş müzakirə aparılıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir