Almaniyanın sabiq kansleri Angela Merkel bildirib ki, 2021-ci ildə Polşa, Latviya, Litva və Estoniya Ukrayna münaqişəsinin həllinə yönəlmiş dialoq təşəbbüsünü bloklayıblar. Bu isə dolayısı ilə Rusiyanın “xüsusi hərbi əməliyyat”ını başlanmasına təsir edib. Yenifikir.media xarici mətbuata istinadən bildirir ki, Merkel Avropa İttifaqı ilə Rusiya arasında yeni dialoq formatı təklif etmişdi, amma bu ideya reallaşmayıb. Daha sonra o, kansler postunu tərk edib və Rusiya-Ukrayna münaqişəsi başlayıb.
Qeyd edək ki,sabiq kansler Ukrayna münaqişəsinin diplomatik yolla həll olunmasını vacib sayır və bunu Soyuq müharibə dövrü nümunəsi ilə müqayisə edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin