Ümumdünya Sağlamlıq Təşkilatı bu il koleranın 23 ölkəyə yayıldığını və 4 200-dən çox insanın həyatını itirdiyini açıqlayıb. Hazırda 16 ölkədə epidemiyalar aktivdir.
Yenifikir.media bildirir ki, ÜST rəsmisi Patrick Abok qeyd edib ki, zəif səhiyyə sistemi, təhlükəsiz su və sanitariya çatışmazlığı, eləcə də iqlim səbəbli daşqınlar xəstəliyin yayılmasına səbəb olur. Çad, Sudan, Efiopiya və Konqo Demokratik Respublikasında kolera halları daha sürətlə artır.
Qeyd edək ki, bu il 15 milyondan çox doza peyvənd tətbiq olunub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin