Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın mümkün görüşü gündəmdə deyil. Bu barədə iyulun 29-da keçirilən brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bu məsələ [Putin və Trampın görüşü ilə bağlı] əvvəl də gündəmdə deyildi, indi də gündəmdə deyil”, – deyə Kremlin nümayəndəsi bildirib.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl Ukrayna böhranının həlli üçün nəzərdə tutulan müddəti qısaltmaq istədiyini açıqlamışdı. ABŞ prezidenti Ukraynada sülhün təmin edilməsi üçün 50 gün vaxt verdiyini bəyan etmişdi. Tramp, həmçinin, Putinlə danışıqların payızda Çində baş tuta biləcəyini istisna etməmişdi.

Kreml isə sentyabr ayında Pekində Rusiya və ABŞ liderlərinin görüşü ehtimalını tamamilə istisna etmədiyini bildirmişdi.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir