İctimai nəqliyyatda davranış qaydaları son dövrlərdə insanların narahat olduğu məsələlərdən birinə çevrilib. Tanınmış kulturoloq İlahə Sadıqova Yenifikir.media-ya açıqlamasında bildirib ki, xüsusilə gənclər və yeniyetmələrin ictimai nəqliyyatda davranışları cəmiyyətdə narazılıqlara səbəb olmağa başlayıb. Sosial şəbəkələrdə və ümumilikdə cəmiyyətdə bu mövzu ilə bağlı kifayət qədər şikayətlər mövcuddur.
İctimai nəqliyyatla bağlı davranış qaydalarına gəldikdə isə İlahə Sadıqova qeyd edib ki, hər nə qədər yazılmamış qaydalar olsa da, bəzi hallarda, hətta yazılmış qanunları belə gözləmək lazımdır. Məsələn, metro və avtobusda digər sərnişinləri yüksək səslə narahat etməmək vacibdir. İctimai nəqliyyatın özünün müəyyən tələbləri və normaları var ki, bunlar bəzən insanlar tərəfindən nəzərə alınmır. Hər bir insanın rahatlığı və sükunəti təmin edilməsi üçün bu qaydalara əməl etmək lazımdır.
Səidə Vəliyeva
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin