37 yaşlı Ana de Armas və 63 yaşlı Tom Kruz romantik münasibətlərini rəsmi şəkildə təsdiqləyiblər. Bu barədə məşhur TMZ portalı məlumat yayıb.
Yenifikir.media TMZ-ə istinadən bildirir ki, cütlük Vudstokda birgə gəzinti zamanı əl-ələ tutaraq görüntülənib və olduqca xoşbəxt olublar. Onlar Milli Parkı ziyarət edib, yerli mağazalardan alış-veriş ediblər və dondurma yeyiblər. Həmçinin cütlüklər Londonda keçirilən “Oasis” qrupunun konsertində də iştirak edib.
Qeyd edək ki, daha əvvəl insayderlər onların münasibətlərinin romantik xarakter daşımadığını bildirsə də, artıq bu iddialar təkzib olunub.
Xatırladaq ki, Tom Kruz bir filmdəki təhlükəli triklə Ginnesin Rekordlar Kitabına düşüb.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin