ABŞ prezidenti Donald Tramp hesab edir ki, Hindistanın Rusiyadan neft alması Ukraynadakı müharibənin dolayısı ilə maliyyələşdirilməsi deməkdir. Bunu Ağ Evin rəsmisi Stiven Miller “Reuters” agentliyinə açıqlamasında bildirib. O bildirib ki,  ABŞ sülhə diplomatik, maliyyə və digər vasitələrlə nail olmağa çalışır.

İyulun 30-da Donald Tramp avqust ayından etibarən Hindistandan idxal edilən mallara 25 faizlik gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. O, bu qərarı Hindistanın Rusiyadan böyük həcmdə enerji resursları alması ilə əsaslandırıb.

Tramp Hindistan hökumətinin bu ticarəti dayandıracağını iddia etsə də, rəsmi Dehli ölkənin neft emalı zavodlarına bu barədə hər hansı göstəriş verməyib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir