Vaşinqtonda keçirilən tarixi görüş barədə Yenifikir.media üçün millət vəkili Fariz İsmayılzadə ABŞ-Azərbaycan münasibətlərinin Cənubi Qafqazda yeni başlanğıc kimi qiymətləndirilməsinə münasibət bildirib. O qeyd edib ki, bu gün tarixi bir gündür və Amerika-Azərbaycan münasibətlərində, həmçinin ABŞ-ın Cənubi Qafqazdakı siyasətində yeni bir səhifənin, yeni dönəmin başlanğıcıdır.

Fariz İsmayılzadə vurğulayıb ki, bu görüşdə çox strateji qərarlar qəbul olunacaq və sülhə doğru ciddi irəliləyişlər əldə ediləcək. Eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərində yeni iqtisadi imkanlar yaranacaq. Buraya Zəngəzur dəhlizinin işə düşməsi, 907-ci maddənin aradan qaldırılması və Minsk Qrupunun bağlanması daxildir. Yəni, xarici siyasətdə maneə olan bir neçə məsələnin həlli istiqamətində mühüm addımlar atılacaq.

Millət vəkili əlavə edib ki, bu təşəbbüsü Donald Tramp irəli sürüb və görüşün Ağ Evdə keçirilməsi həm simvolik, həm də rəmzi məna daşıyır. Çünki ABŞ dünya üzrə supergücdür və Vaşinqton qlobal siyasətin əsas mərkəzlərindən biridir. Belə önəmli razılaşmanın orada əldə olunması isə Azərbaycanı beynəlxalq siyasi arenaya daha da yaxınlaşdırır və ölkəmizin dünyada tanınmasına böyük töhfə verir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir