Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırmır. Yenifikir.media xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı bu barədə “American Time” jurnalına verdiyi müsahibədə bildirib: “Artıq planlaşdırmıram”.
Lukaşenko ABŞ-ın sabiq prezidenti Donald Trampdan daha gənc olduğunu və fiziki cəhətdən onunla müqayisədə geri qalmadığını da vurğulayıb:
“Tramp demək olar ki, 80 yaşındadır və normal görünürsə, mən də idmançıyamsa, bu həyat tərzini qorumağa çalışıram. Tramp kimi mən də siqaret çəkmirəm, içki içmirəm. Sağlamlıq baxımından ona çata bilərəm. Tramp buldozerdir, at kimidir. Onun qədər güclü olmağa çalışacağam”.
Qeyd edək ki, Aleksandr Lukaşenko avqustun 30-da 71 yaşı tamam olur.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin