Bu dəfə sizə Balkanların incisi olan Mostar Körpüsü haqqında danışacağam. Qeyd edim ki, Bosniya və Herseqovina mənim yaddaşımda “Körpülər Ölkəsi” kimi qalıb.

Mostar Körpüsü XVI əsrdə Osmanlılar tərəfindən yenidən inşa edilmişdir. Məşhur səyahətçi Övliya Çələbi XVII əsrdə yazırdı: körpü sıldırım qayadan digər bir qayaya uzanan, göy qurşağı qövsünə bənzəyən və səmaya yüksələn möhtəşəm bir əsərdir. O deyirdi: “Mən — Allahın yazıq və məzlum qulu 16 ölkədən keçmişəm, amma heç vaxt belə hündür və möhtəşəm körpü görməmişəm.”

Bu körpü sanki səma kimi yüksək qayalar arasında atılıb. Həqiqətən də körpü çox ecazkar görünür — gün işığında bir cür, ay işığında isə tamam başqa bir mənzərə yaradır.

Orijinal körpü 1557-ci ildə Sultan Süleyman Qanuni tərəfindən daha əvvəlki taxta asma körpünün yerinə tikilməsi tapşırılmışdır. Tikinti işləri 1557-ci ildə başlayıb doqquz il davam edib. Memar Sinanın tələbəsi Memar Hayrəttin tərəfindən inşa edilmiş bu körpünün uzunluğu 30 metr, eni isə 4 metrdir. Körpü çayın səthindən təxminən 24 metr yüksəklikdədir. Yazılı mənbələrə görə, körpü 974-cü ildə tamamlanıb. Tikintidə yumurta ağı, əhəng və metal sıxaclardan istifadə olunmuşdur.

Əlavə olaraq qeyd edim ki, əvvəllər bəylər sevdikləri xanıma sevgilərini sübut etmək üçün körpüdən tullanırdılar. Bu ənənə hal-hazırda davam edir: hər il iyul ayında Mostarda suya tullanma yarışları keçirilir. Dünyanın müxtəlif yerlərindən gələn iştirakçılar bu tədbirdə qatılır və körpünün ən yüksək nöqtəsindən suya tullanma nümayişləri minlərlə insan tərəfindən maraqla izlənilir.

Süheylə Məhərrəmova 

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir