Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb.525.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

“Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişdən və bununla bağlı bu gün (8 avqust) Vaşinqtonda qəbul edilmiş öhdəlikdən məmnunuq.

Beynəlxalq münaqişələrin və böhranların getdikcə şiddətləndiyi bir vaxtda atılan bu addım regional sülhün və sabitliyin əldə olunması üçün mühüm inkişafdır. Biz ABŞ Administrasiyasının prosesə töhfələrini yüksək qiymətləndiririk.

Cənubi Qafqaza sülh və firavanlıq gətirmək üçün tarixi fürsətdən istifadə edilib. Biz Türkiyə olaraq bu fürsəti reallaşdırmaq üçün göstərilən səylərə öz töhfəmizi verməyə davam edəcəyik və Azərbaycanın fədakar səylərini dəstəkləyəcəyik”, – bəyanatda qeyd edilib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir