Kolumbiyalı reper Malumanın Meksikada keçirilən konsertində maraqlı hadisə yaşanıb. Belə ki, tədbirdə iştirak edən bir ana azyaşlı uşağı ilə birlikdə konsertə gəlib. Bu isə reperin narazılığına səbəb olub. Onun qəzəblənməsinə əsas səbəb körpənin yüksək səsli mühitə gətirilməsi idi.

Təxminən 26 min nəfərin iştirak etdiyi konsertdə Maluma səhnədə ifasını dayandıraraq körpənin yaşını soruşub və bildirib: “Mənim bir yaşlı qızım var, ata olaraq belə bir şey etmərəm. Körpə burada olmaq istəmir, onu oyuncaq kimi yelləyirsən. Belə yüksək səsli konsertə körpə gətirmək düzgün deyil, bu, sənin məsuliyyətsizliyindir.”

Hadisə ilə bağlı görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub. Bəziləri Malumanın mövqeyini haqlı saysa da, digərləri minlərlə insan qarşısında bir ananı utandırmasını doğru hesab etməyib.

Qeyd edək ki, reper hazırda “+Pretty +Dirty World Tour” çərçivəsində konsertlərini davam etdirir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir