Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Çexiya Prezidenti Petr Pavelin Hindistanda Tibet ruhani lideri Dalay Lama ilə görüşməsi ilə bağlı Pekin rəhbərliyinin bu hərəkəti “şiddətlə qınadığını” bildirib.Bu barədə yenifikir.media bu barədə türk mətbuatına istinadən xəbər verir.
Lin deyib ki, Çin Çexiyaya ciddi etirazlarını çatdırıb və bu görüş Çexiyanın Çinlə siyasi öhdəliklərinə ziddir, Çin suverenliyi və torpaq bütövlüyünə xələl gətirir. O, görüşü “provokasiya” adlandıraraq, Pekinin Çexiya Prezidenti ilə bütün əlaqələri kəsmək qərarı verdiyini açıqlayıb.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin