YANINDA
Deyirsən – gözümdən getmə uzağa,
Elə sev, ömürlük bitim yanında.
Alım dərdlərini, yazım sinəmə,
Dolaşım zülfünə, itim yanında.
Uyu qollarımda laylanı çalım,
Sarılım belinə, qadanı alım.
İzin ver, bir gecə səninlə qalım,
Bir ağ gün yaşasın yetim yanında.
Süzüm qədəh-qədəh içək şərabı,
Yaşayaq sevgidən, alaq tərabı.
Söndürək telefonu, silək WhatsAppı,
Tutmasın, pozulsun setim yanında.
Sığal çək başıma, al dizin üstə,
Nə gözəl yaranıb xal üzün üstə,
Vüqar sözün tutar, qal sözün üstə,
Oxuyum bülbültək, ötüm yanında.
Müəllif: Vüqar Şirinoğlu
15.08.2025
Qeyd :
“Tərab” zövq almaq , şənlik mənası verir
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin