Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ilə telefon danışığı aparıb.
Putin Alyaskada keçirilmiş yüksək səviyyəli Rusiya-ABŞ danışıqlarının əsas nəticələrini açıqlayıb. Siril Ramafosa Ukrayna böhranının sülh yolu ilə həlli üçün aparılan diplomatik səyləri dəstəklədiyini bildirib. Telefon danışığında Rusiya ilə Cənubi Afrika arasında hərtərəfli strateji tərəfdaşlığın inkişaf etdirilməsi üzrə qarşılıqlı anlaşma əldə olunub.
Qeyd edək ki, Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə də telefon danışığı həyata keçirib.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin