Norveç taxtının vəliəhdi Mette-Maritin oğlu Marius Borg Hoiby 32 cinayətdə ittiham edilərək məhkəməyə çıxarılacaq. Ona dörd zorlamadan əlavə, qızlara qarşı zorakılıq, ölüm hədəsi, bədən xəsarəti və yol hərəkəti qanununun pozulması ittihamları irəli sürülüb. Məhkəmə zorlamaların 2018–2024-cü illərdə baş verdiyini müəyyən edib və bütün cinayətlər üzrə 10 ilədək həbs cəzası tələb edib.

Hoiby krallıq ailəsinin üzvü olsa da, adi vətəndaş kimi mühakimə olunacaq, onun statusu cəzanı yüngülləşdirməyəcək. O yalnız keçmiş sevgilisinə qarşı zorakılıq ittihamını qəbul edib.

Hoiby bildirib ki, sərxoş olub və kokain təsiri altında sevgilisinin mənzilindəki əşyaları məhv edib və uzun müddətdir narkotik asılılığı və psixi problemlərdən əziyyət çəkir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir