Fransa Prezidenti Emmanuel Makron Ağ Ev görüşündən sonra bildirib ki, Avropanın əsas prioriteti Ukraynaya təhlükəsizlik zəmanətləri verməkdir. Bunun ilk elementi güclü Ukrayna ordusu, ikinci elementi isə beynəlxalq əməliyyatlardır.

Makron Rusiyanı Avropa üçün davamlı təhdid adlandıraraq, “Putin qapımızdakı canavardır” deyib və torpaq güzəştlərinin yalnız Ukraynaya aid olduğunu vurğulayıb. O, Putin-Zelenski görüşünün neytral ölkədə, məsələn, Cenevrədə keçirilməsini təklif edib və önümüzdəki 15 günü kritik sayıb.

Makron əlavə edib ki, Rusiyanın yaxın zamanda sülh və demokratiyaya qayıtması gözlənilmir, lakin bu, Fransanın dərhal hücuma məruz qalacağı anlamına gəlmir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir